Gürcüstanın Mədəniyyət naziri Maia Bitadze oldu
Bugün
129
Siyasət
A
Gürcüstanın Mədəniyyət naziri Maia Bitadze oldu

Baş nazir İrakli Kobaxidze Mədəniyyət naziri vəzifəsinə Maia Bitadzeni təqdim edib

Aktual.ge xəbər verir ki, o, bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

Maia Bitadze bu vaxta qədər Gürcüstan parlamentinin üzvü olub və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsini tutub.

İrakli Kobaxidze deyib:

“Bildirmək istəyirəm ki, bu gün xanım Maia Bitadze Gürcüstanın mədəniyyət naziri təyin edilib. Onun cəmiyyətə xüsusi təqdimata ehtiyacı yoxdur. Vurğulamaq istəyirəm ki, xanım Maianın idarəçilik sahəsində xüsusi təcrübəsi var. O, uzun illər ərzində müxtəlif yüksək vəzifələrdə çalışıb. O cümlədən, illər boyu ətraf mühitin mühafizəsi nazirinin müavini olub, həmçinin uzun müddət Tbilisi şəhərinin mer müavini vəzifəsində çalışıb və bu müddət ərzində müəyyən dövrdə mədəniyyət istiqamətinə də rəhbərlik edib.

Bildiyiniz kimi, 2020-ci ildən xanım Maia Bitadze Gürcüstan parlamentinin üzvü və parlamentin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədridir. O, hüquq elmləri doktorudur və Tbilisi Dövlət Universitetinin dosentidir. Onu fərqləndirən əsas xüsusiyyət dürüstlüyüdür və bütün bunlar Maidan Gürcüstanın mədəniyyət naziri vəzifəsini tutmasını xahiş etməyimizin əsas meyarıdır.

Əminəm ki, xanım Maia çox uğurlu mədəniyyət naziri olacaq. Ona böyük uğurlar arzulamaq istəyirəm”.

Mədəniyyət naziri vəzifəsi Tinatin Ruxadzenin iyulun 28-də vəzifəsindən istefa verməsindən sonra boş qalmışdı. Tinatin Ruxadze “Facebook”da yaydığı açıqlamada qərarının səbəbi kimi səhhətindəki problemləri göstərib və bildirib ki, “Səhhətinin vəziyyəti ona çox sevdiyi və dəyər verdiyi işə lazımi diqqəti ayırmağa imkan vermir”.

ŞƏRH YAZ
1