Alim Nəbiyev növbəti qələbəsini qazanıb
13.09.2026 22:09
49
İdman
A
Alim Nəbiyev növbəti qələbəsini qazanıb

Gürcüstanı və Azərbaycanı təmsil edən MMA döyüşçüsü Alim Nəbiyev Dubayda VFL təşkilatının keçirdiyi döyüş gecəsində qələbə qazanıb.

Aktual.ge xəbər verir ki, Alim Nəbiyev afrikalı rəqibini ilk raundda nokautla məğlub edib.

Bu, onun peşəkar MMA karyerasında ardıcıl 4-cü qələbəsidir (4-0).

Qeyd edək ki, Alim Nəbiyev kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionudur.

Məlumat üçün bildirək ki, Alim Nəbiyev əslən Telavi bələdiyyəsinin Qaracalar kəndindəndir.

ŞƏRH YAZ
0