Marneulidə uşaq 3-cü mərtəbədən yıxılıb
11.09.2026 16:57
489
Hadisə
A
Marneulidə uşaq 3-cü mərtəbədən yıxılıb

Marneuli şəhərinin Rustaveli küçəsində bədbəxt hadisə baş verib.

Aktual.ge xəbər verir ki, bu gün təxminən saat 15:00 radələrində 3 yaşlı uşaq yaşayış binasının üçüncü mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı ətraf sakinlərin köməyi ilə “Aversi” klinikasına aparılıb.

Hazırda uşağın səhhətinin ağır olduğu öyrənilib.

 

ŞƏRH YAZ
4