Yormuğanlıda orta yaşlı kişi amansızca döyülüb - FOTO
Bugün
252
Kriminal
A
Yormuğanlıda orta yaşlı kişi amansızca döyülüb - FOTO

Saqareco bələdiyyəsinin Yormuğanlı kəndində 44 yaşlı kişi ağır şəkildə döyülüb, yaralı xəstəxanaya yerləşdirilib

Aktual.ge xəbər verir ki, hadisə polis binasının arxasında yerləşən obyektdə baş verib.

Gənclər kənd sakinlərindən birinin ad gününü qeyd edirmiş. Bu zaman müəyyən qrupla 44 yaşlı kişi arasında şifahi mübahisə başlayıb. Mübahisə fiziki qarşıdurmaya çevrilib.

Kişini binadan çölə çıxararaq ağır şəkildə döyüblər. O, döş qəfəsi və qarın nahiyəsindən xəsarətlər alıb. Yaralı Saqareco klinikasına aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.

ŞƏRH YAZ
2