Kateqoriyalar
İndoneziya sahillərində göyərtəsində ən azı 243 nəfərin olduğu bərə ilə əlaqə kəsilib.
Aktual.ge-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin axtarış-xilasetmə xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, gəmi Surabaya şəhərindən Banjarmasin şəhərinə doğru hərəkət edirmiş.
Bərədən ən azı 103 sərnişin təxliyə edilib. Hadisə ilə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.