Təməli ilk dəfə QHT “Aktual Media” tərəfindən qoyulan və “Aktual Media Məktəbi” adı altında fəaliyyət göstərən jurnalistika kursunun IV mərhələsinə start verilir.
Aktual.ge xəbər verir ki, 3 ay davam edəcək təlimlər həftənin şənbə və bazar günləri keçiriləcək. Təlimlərdə gənclərə xəbər portalı, televiziya və sosial media sahələrində jurnalistika üzrə nəzəri və praktiki biliklər veriləcək.
Ümumilikdə 24 təlimdən ibarət kurslar paytaxt Tbilisidə keçiriləcək. Təlimlərin bir hissəsi İctimai Yayımçının studiyalarında keçiriləcək.
Kurs müddətində iştirakçılar jurnalistikanın əsas prinsipləri ilə yanaşı, aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlar əldə edəcəklər:
* Xəbərlərin yazılması;
* Reportajların hazırlanması;
* Müsahibə alma texnikası və praktikası;
* Onlayn media və sosial media ilə iş;
* Xəbərin obyektivliyi və dəqiqliyi;
* Jurnalist etikası qaydaları;
* Səlis danışıq, fikirləri aydın və qüsursuz ifadə etmək bacarığı;
* Süni intellektdən jurnalistikada istifadə;
* Digər aktual mövzular.
Bundan əlavə, kurs çərçivəsində müxtəlif sahələr üzrə mütəxəssislər, diplomatlar və peşəkar jurnalistlərlə seminar və görüşlər təşkil olunacaq.
İştirakçılar müxtəlif dövlət qurumlarına, Gürcüstanda akkreditə olunmuş diplomatik korpuslara, televiziya studiyalarına və mədəniyyət ocaqlarına səfərlər edəcəklər. Kurs müddətində gənclər üçün iki dəfə ekskursiya da təşkil olunacaq.
Kursun sonunda bütün iştirakçılara sertifikat təqdim ediləcək. Kursu fərqlənmə ilə başa vuran iştirakçıların işlə təmin olunmasına maksimum dəstək göstəriləcək və onlara tövsiyə məktubu təqdim olunacaq.
Jurnalistika kursunda iştirak etmək, jurnalist peşəsinə yiyələnmək və bu sahədə özünü inkişaf etdirmək istəyən, təhsilli və 30 yaşadək gənclər 18 sentyabr tarixinədək aşağıdakı forum üzərindən qeydiyyatdan keçə bilərlər:
Kursun təlimçiləri:
Jurnalist Ruslan Həsənov
Jurnalist Ramilə Əliyeva
Qeyd: Kursa qəbul müsabiqə əsasında həyata keçiriləcək. Xüsusi istedadlı namizədlər üçün ali təhsil tələbi istisna edilə bilər.
Əlaqə: +995 593 123 346