Maskalı şəxslər yaşlı qadını bağlayaraq qarət ediblər
Bugün
125
Siyasət
A
Maskalı şəxslər yaşlı qadını bağlayaraq qarət ediblər

Telavi bələdiyyəsinin Vanta kəndində 70 yaşına yaxın qadının evinə silahlı və maskalı şəxslər daxil olaraq onu qarət ediblər.

Aktual.ge xəbər verir ki, maskalı şəxslər qadını bağlayaraq pul və qiymətli əşyaların harada saxlanıldığını deməyə məcbur ediblər.

Cinayətkarlar evdən təxminən 7 min lari nağd pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.

Kənd sakinlərinin sözlərinə görə, qadın evdə tək yaşayır və kənd təsərrüfatı ilə məşğul olur.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə quldurluq üzrə araşdırma başlanılıb.

ŞƏRH YAZ
1