Narkotik əməliyyatı: 7 nəfər saxlanılıb,  aralarında qadınlar da var - VİDEO
14.09.2026 11:39
259
Kriminal
A
Narkotik əməliyyatı: 7 nəfər saxlanılıb, aralarında qadınlar da var - VİDEO

Xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi-saxlanılması, satışı və satışına şərait yaradılması, həmçinin tərkibində narkotik vasitə olan bitkilərin qanunsuz kultivasiyası ittihamı ilə 7 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat verib.

Bildirilib ki, cinayət işi üzrə keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər narkotik vasitələri əvvəlcədən seçilmiş konkret yerlərdə yerləşdirir, daha sonra isə həmin yerlərin koordinatlarını və əlamət fotoşəkillərini maraqlı şəxslərə göndəriblər.

Qurumun məlumatına görə, hüquq-mühafizə orqanları məhkəmə qərarı əsasında saxlanılan şəxslərdən birindən narkotik vasitələrin nəzarətli alışını həyata keçirib və həmin alışların gizli audio-video çəkilişini aparıb.

"Saxlanılanlar arasında ifşa edilməsi məqsədilə hüquq-mühafizə orqanlarının onun adına göndərilən bağlamanı əvəz etdiyi və külli miqdarda narkotik vasitəni maddi sübut kimi götürdüyü şəxs də var.

Polis təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış mənzillərində, eləcə də onların göstərdikləri yerlərdə axtarışlar aparıb. Nəticədə satışa hazırlanmış xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr maddi sübut kimi götürülüb. Bunların arasında 'metadon', 'alfa-PVP', 'buprenorfin', 'marixuana' və 'kannabis' bitkisi olub" , - məlumatda deyilir.

DİN-dən bildirilib ki, istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da aşkarlanaraq götürülüb.

Qeyd olunub ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 260¹ və 265¹-ci maddələri ilə aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

ŞƏRH YAZ
0