Əmlak vergisi üzrə 40 min lari həddi ləğv edilir
Bugün
50
Siyasət
A
Əmlak vergisi üzrə 40 min lari həddi ləğv edilir

Əmlak vergisi üzrə 40 000 lari həddi ləğv ediləcək və vergi yalnız illik gəliri 100 000 laridən çox olan vətəndaşlara şamil olunacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib.

Onun sözlərinə görə, dəyişiklik nəticəsində təxminən 81 000 vətəndaşın əmlak vergisi ödəmək öhdəliyi aradan qaldırılacaq.

“Qərar qəbul edilib ki, Maliyyə Nazirliyi ilə fəal koordinasiya şəraitində, sürətləndirilmiş qaydada 40 000 lari həddi 100 000 lariyə qədər artırılsın - 40 000 larilik hədd ümumiyyətlə ləğv ediləcək. Əmlak vergisi yalnız gəliri 100 000 lari və daha çox olan vətəndaşlar üçün saxlanılacaq. Bununla da 81 000 nəfər üçün əmlak vergisi ləğv olunacaq” , - deyə o, qeyd edib.

ŞƏRH YAZ
0