Kateqoriyalar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsinə Tamaz Boraşvilinin namizədliyini təqdim edib.
Aktual.ge xəbər verir ki, o, bu barədə Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
Tamaz Boraşvili indiyədək DTX-də, eyni qurumun rəhbərinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qela Qeladze bir müddət əvvəl vəzifəsini tərk etməsi barədə sosial şəbəkədə özü məlumat verib.