Kateqoriyalar
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri Bakıda keçirilən beynəlxalq elmi konfransda iştirak edirlər.
Aktual.ge xəbər verir ki, bu barədə BGMİ məlumat verib.
Bildirilib ki, konfrans Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə təşkil olunub.
Beynəlxalq elmi konfrans XV əsrin görkəmli azərbaycanlı İslam mütəfəkkiri və alimi, sufi düşüncəsinin tanınmış nümayəndəsi Şeyx Seyid Yəhya Bakuviyə həsr edilib.
Tədbirdə Şeyx Seyid Yəhya Bakuvinin zəngin mənəvi-fəlsəfi irsi, eləcə də müasir dövrdə dinc birgəyaşayış, dinlərarası dialoq və mədəni uyğunluğun əhəmiyyəti müzakirə olunub.