Yeni bir Türk dövləti qurulur
21.11.2026 13:30
391
Dünya
A
Yeni bir Türk dövləti qurulur

Krım tatar türklərinin milli lideri Mustafa Abdülcəmil Kırımoğlu Krımın muxtar statusu ilə bağlı Ukrayna rəhbərliyi ilə bütün məsələlərdə razılığa gəldiklərini açıqlayıb.

Aktual.ge xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.

Müharibə səbəbindən konstitusiya dəyişikliyinin həyata keçirilə bilmədiyini bildirən Krımoğlu deyib: “Azad Krım eyni zamanda Krım tatarlarının öz muxtar dövləti olacaq” deyib.

O, zərurət yaranacağı təqdirdə sürgündə respublika elan edə biləcəklərini də bildirib.

Krımoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh danışıqlarını dəyərləndirərək qeyd edib ki, davamlı sülh yalnız Krım da daxil olmaqla, işğal altındakı bütün Ukrayna torpaqlarının geri qaytarılması ilə mümkün ola bilər.

O, Krımın Türkiyənin Qara dəniz təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyədə təxminən 4 milyon, dünya üzrə isə 7 milyondan çox Krım tatarının yaşadığını bildirən Kırımoğlu, yüz minlərlə insanın tarixi vətənlərinə qayıtmağı gözlədiyini söyləyib.

ŞƏRH YAZ
1