Kateqoriyalar
Gürcüstan Patriarxlığının nümayəndə heyəti Moskvaya səfər edib.
Aktual.ge xəbər verir ki, patriarxlıqdan bildirilib ki, bu gün müxtəlif yerli kilsələrin nümayəndə heyətləri və kilsə rəhbərləri Patriarx Kirillin 80 illik yubileyi münasibətilə onu təbrik etmək üçün ziyarət edəcəklər. Onların arasında Gürcüstan Kilsəsinin nümayəndə heyəti də olacaq.
Məlumata görə, hazırda Moskvada Patriarxın xor yepiskopu, Axaltsixe və Tao-Klarceti mitropoliti Teodor (Çuadze), Xarici Əlaqələr Xidmətinin rəhbəri, Zuqdidi və Tsaişi mitropoliti Qerasim (Şaraşenidze), Qori və Ateni mitropoliti Andria (Qvazava), Nikortsminda yepiskopu Vaxtanq (Liparteliani), eləcə də protoierey Giorgi Zviadadze iştirak edirlər.