Mamuka Gigani yenidən saxlanılıb | O, ötən il azərbaycanlı yeniyetməni döyməkdə ittiham olunmuşdu
Bugün
173
Siyasət
A
Mamuka Gigani yenidən saxlanılıb | O, ötən il azərbaycanlı yeniyetməni döyməkdə ittiham olunmuşdu

Əldə etdiyimiz məlumata görə, Mamuka Gigani prokurorluq tərəfindən saxlanılıb.

Aktual.ge xəbər verir ki, Marneuli Bələdiyyə Məclisi sədrinin müavininin oğlu, əvvəllər məhkum olunmuş Mamuka Gigani bu dəfə həyat yoldaşına qarşı zorakılıq ittihamı ilə saxlanılıb.

Xatırladaq ki, Marneuli Bələdiyyə Məclisi sədrinin müavininin oğlu ötən il qalmaqallı hadisə ilə gündəmə gəlmişdi. O, 17 yaşlı azərbaycanlı yeniyetməni gürcü dilini bilmədiyinə görə təhqir etmiş və döymüşdü.

Hadisədən sonra Mamuka Gigani məhkəmənin qərarı ilə 15 min lari girov müqabilində həbsdən azad edilmişdi.

Məhkəmə qərarını zərərçəkənin şikayətinin olmadığı barədə yazılı ərizəsinə əsaslandırmışdı. Lakin yeniyetmənin anası sənədin nüfuzlu vəzifəli şəxsin ətrafının təzyiqi ilə imzaladıldığını iddia etmişdi. Onun sözlərinə görə, ailədən “Gürcü Arzusu” partiyasının yüksəkvəzifəli nümayəndəsinin oğluna qarşı şikayətlərinin olmadığı barədə sənəd tələb olunub.

Zərərçəkənin anası həmin vaxt açıqlamasında sənədin məzmununu bilmədən, vəkilin iştirakı olmadan imzaladığını bildirmişdi. O, oğlunun yenidən zorakılığa məruz qalacağı təqdirdə kimin məsuliyyət daşıyacağını da sual etmişdi.

ŞƏRH YAZ
1