Marneuli meri Daur İsmayilov.
Onun Gürcüstanın ən stratejik şəhərlərindən biri olan Marneuli meri kimi fəaliyyətə başlamasından artıq 1 il ötür.
Hakim "Gürcü Arzusu" partiyasının namizədi kimi merlik postuna seçilən İsmayılov hələ ötən ilin seçki ərəfəsində fəaliyyəti boyunca Marneulinin hərtərəfli inkişafına nail olacağını, yeni ümidlər və dəyişiklik vədləri səsləndirirdi.
Artıq bir il geridə qalıb. Bəs bu bir ildə Marneuli nə qədər dəyişib? Sakinlərin gündəlik problemləri həllini tapıbmı? Seçkiqabağı gözləntilər real nəticələrə çevrilibmi?
Bu suallara Marneuli xalqı cavab axtarır.
Bizdə bu suallara cavab tapmaq üçün Marneuli Meriyasına üz tutduq və mətbuat xidmətinə marneulilərin maraqlandığı sualları ünvanladıq lakin, üzərindən 10 gündən çox vaxt keçməsinə baxmayaraq hərhansı cavab verilməyib.
Merə ünvanlamaq istədiyimiz suallar isə belə idi:
Daur İsmayılovun bir illik fəaliyyətini dəyərləndirmək üçün Marneuli sakinlərinə üz tutduq və onlardan merin bir illik fəaliyyəti ilə bağlı sorğu etdik. (Stendap)
Siyasilərin fikirlərin gəldikdə onlar da Marneuli merinin bir illik fəaliyyətini bir mənalı dəyərləndirməyib.
Siyasi fəal Əhməd İmamquliyev Marneuli merinin bir illik fəaliyyətini əsasən şərabçılıqla yadda qaldığını qeyd edib.
Bəs meriyanın fəaliyyətini Marneuli Mərkəzi Hz İmam Əli Məscidi necə qiymətləndirir?
Marneulidə İmam Əli məscidinin axundu Hacı Hacıyev merin fəaliyyətini müsbət qiymətləndirməyib. O, dini ocaqlara ayrılan vəsaitlərlə bağlı məsələyə toxunaraq dini ayrı-seçkilik və ədalət probleminə diqqət çəkib.
"Vahid Milli Hərəkat" Partiyasının Marneuli qərargahının rəhbəri Azad Kərimov isə hesab edir ki, Gürcü Arzusu hakimiyyətdə olduğu müddətdə Marneulidə müsbət dəyişikliklər gözləmək çətindir.
Marneuli Bələdiyyə Məclisinin deputatı Aqil Mustafayev isə Daur İsmayılovun bir il ərzində fəaliyyəti ilə deyil, şəxsi məsələlərlə yadda qaldığını qeyd edib. O, bu məsələlər sırasında çörəyin qiymətinin bahalaşmasını, qardaşının həbsini və şərab mövzusuyla sadalayıb
Digər tərəfdən, Marneulidə illərdir həllini gözləyən problemlər də az deyil. Şəhərdə su basması halları, qəzalı vəziyyətdə olan köhnə beşmərtəbəli yaşayış binaları və əsas küçələrdən biri olan Rustaveli küçəsinin təmiri sakinləri narahat edən əsas məsələlər sırasındadır. Bununla yanaşı, kəndlər arasında büdcə vəsaitlərinin bölgüsü də suallar doğurur. Bəzi kəndlərdə infrastruktur layihələri həyata keçirildiyi halda, digərlərində yol, su və digər problemlər illərdir həllini gözləyir. Bəs vəsaitlər hansı meyarlarla bölüşdürülür? Kəndlərin ehtiyacları nə dərəcədə bərabər nəzərə alınır?
Nəticədə, bir il ərzində hansı vədlərin yerinə yetirildiyi, hansı layihələrin tamamlandığı və hansı problemlərin hələ də həllini gözlədiyi ilə bağlı bir çox sual açıq qalır.
Bir il geridə qaldı. İndi isə əsas sual budur: Marneulidə hansı real dəyişikliklər baş verib?
Bütün bunlarla bağlı Marneuli merinin özüdə bir illik fəaliyyəti ilə bağlı hər hansıa hesabat təqdim etməyib.
Daha ətraflı Salo Salahlı və Leyla Adgözəlovanın video süjetini təqdim edirik: