Kateqoriyalar
Lançxutidə qatarla avtomobilin toqquşması nəticəsində sürücü həyatını itirib.
Aktual.ge xəbər verir ki, hadisə Nığvziani-Curuqveti dəmir yolu sahəsində baş verib.
Daxili İşlər Nazirliyindən yerli mətbuata bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə araşdırma aparılır. Həmin maddə dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.