Giorgi Jamdeliani bazar günü moizəsində narkotik və qazinolarla bağlı sərt danışdı
15.11.2026 22:24
274
Siyasət
A
Giorgi Jamdeliani bazar günü moizəsində narkotik və qazinolarla bağlı sərt danışdı

Marneuli və Hucabi yeparxiyasının yepiskopu Giorgi Jamdeliani bazar günü moizəsi zamanı qumar oyunları məsələsinə də toxunaraq bildirib ki, bu istiqamətdə hakimiyyətin konkret addımlar atması vacibdir.

Aktual.ge xəbər verir ki, o, Parlament üzvlərinə həmçinin mesaj verib ki, onlar ölkənin sahibi deyillər.

“Özünüzü bizim ağamız hesab etməyin və xalqa yuxarıdan aşağı baxmayın. Siz də hər bir sıravi vətəndaş kimi bu ölkənin övladları, Ana Kilsəmizin övladlarısınız. Lakin xalqdan bu qədər uzaqlaşmayın.

Bizim çağırışımız nədir? Çıxış yolu tapmaq.

Əlbəttə, çoxlu yaxşı işlər görülür. Görülən işləri görməyən varmı? Lakin hazırda qarşılaşdığımız çətinliklər barədə susmaq, əksinə, ölkəyə xəyanət deyilmi?” , – deyə Giorgi Jamdeliani qeyd edib.

Gənclər arasında narkotik asılılığı və qumar oyunlarının yaratdığı problemlərə də toxunan din xadimi deyib ki, narkotik istifadəçiləri yalnız həbs edilməklə kifayətlənməməli, onların müalicəsi və reabilitasiyası üçün də müvafiq tədbirlər görülməlidir.

“Bu gənclərin intihara sürüklənməsinə görə kim məsuliyyət daşıyacaq? Narkotiklərin təsiri altında və qumar oyunlarına cəlb olunaraq özlərinə sahib ola bilməyən gənclər həyatlarına intiharla son qoyurlar. Narkotiklər göydən düşmür, deməli, ölkəyə gətirilir və burada satılır. Bu isə kimlərinsə həmin fəaliyyətə himayədarlıq etdiyini göstərir. Televiziyada hər gün kiminsə saxlanıldığını görürük. Lakin mübarizə təkcə həbslərlə məhdudlaşmamalıdır. İstifadəçilər artıq xəstədirlər, onlar üçün stasionar müalicə müəssisələri yaradılmalı, kömək göstərilməlidir. Metadon proqramı da ayrıca bir mafiyaya çevrilib. Mən bu proqrama daxil olub sağalan insan görməmişəm. Bu sahədə real tədbirlər görməliyik. Bunları dediyimizə görə biz ölkə düşməniyik?" , - deyə Giorgi Jamdeliani söyləyib.

ŞƏRH YAZ
0