Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
15.11.2026 10:58
636
Maraqlı
A
Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Gürcüstanda hava şəraiti pisləşəcək.

Aktual.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata görə, noyabrın 15-də Qərbi Gürcüstanda yağıntı gözlənilir. Gündüz saatlarında Abxaziya, Acara, Sameqrelo-Yuxarı Svaneti, İmereti və Quriya bölgələrində yağışın fasilələrlə güclü olacağı proqnozlaşdırılır. Şimşək çaxması, dolu düşməsi, dənizdə isə 4-5 ballıq fırtına ehtimalı var.

“Ölkə ərazisinin əksər hissəsində, o cümlədən paytaxtda güclü qərb küləyi əsəcək. Yüksək dağlıq ərazilərin bəzi yerlərində çovğun və duman müşahidə oluna bilər.

Gözlənilən güclü yağıntılar Acara-Quriya və Sameqrelo-Yuxarı Svaneti bölgələrinin çaylarında və onların qollarının aşağı axınlarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə, şəhər yaşayış məntəqələrinin ayrı-ayrı ərazilərində isə subasmaya səbəb ola bilər" , - agentliyin əhaliyə etdiyi xəbərdarlıqda müvafiq hava şəraitinin təhlükə səviyyəsi orta olaraq qiymətləndirilib.

ŞƏRH YAZ
1