Fuad Muradov Düsseldorfda Azərbaycan Evinin yaradılması ilə bağlı danışıb
15.11.2026 12:25
195
Mədəniyyət
A
Fuad Muradov Düsseldorfda Azərbaycan Evinin yaradılması ilə bağlı danışıb

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərində yaşayan azərbaycanlılarla görüşüb.

Aktual.ge xəbər verir ki, bu barədə DİDK məlumat yayıb.

Bildirilib ki, Almaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların iştirak etdiyi görüş Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının və “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Fuad Muradov çıxışında Zəfər Günü ərəfəsində keçirilən icma görüşünün xüsusi rəmzi məna daşıdığını bildirib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazıb".

Komitə sədri həmçinin rəsmi sosial şəbəkə hesabında qeyd edib:

"Almaniyanın Düsseldorf və ətraf şəhərlərində yaşayan soydaşlarımızla görüşdə Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının əməkdaşlığının daha da gücləndirilməsi, Azərbaycan Evlərinin fəaliyyətinin genişləndirilməsi, o cümlədən Düsseldorf şəhərində Azərbaycan Evinin yaradılması istiqamətində görülən işlər, gələcək mərkəzin fəaliyyəti, soydaşlarımızın vahid məkan ətrafında birləşməsi, ana dilimizin, milli mədəniyyətimizin və adət-ənənələrimizin yaşadılmasına verəcəyi töhfələr müzakirə edilib.

İştirakçılar diaspor fəaliyyətinin daha da gücləndirilməsi, gənc nəslin milli kimlik ruhunda yetişdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

İcma görüşündə Almaniyanın Düsseldorf, Köln, Essen, Merbuş, Qrevenbroyx, Duysburq, Gelzenkirxen, Vuppertal, Velbert, Mülhaym-an-der-Rur, Viersen, Bonn, Noys, Krefeld, Bottrop, Ştutqart, Horstmar, Oberhauzen, Münster, Boxum, Qummersbax, Dortmund, Kleve və Hilden şəhərlərindən 150-dən çox soydaşımız iştirak edib".

 Fuad Muradov:
ŞƏRH YAZ
6