Tüllər kəndində bədbəxt hadisə azyaşlı qızın həyatına son qoyub
30.08.2026 23:58
843
Hadisə
A
Tüllər kəndində bədbəxt hadisə azyaşlı qızın həyatına son qoyub

Saqareco bələdiyyəsində baş verən bədbəxt hadisə 15 yaşlı qızın həyatına son qoyub.

Aktual.ge-nin xəbərinə görə, hadisə Tüllər kəndində, Yadigarovlar ailəsinin evində baş verib. Bədbəxt hadisə yeniyetmə qızın həyətdə quraşdırılmış yelləncəkdə olduğu zaman baş verib.

Yerli sakinlərin sözlərinə görə, dəmir konstruksiyanın kəndiri qızın boynuna dolanıb. Ailə üzvləri isə qızı artıq ölmüş vəziyyətdə tapıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə, intihara çatdırma faktı üzrə araşdırma aparılır.

ŞƏRH YAZ
2