Kateqoriyalar
“Kommuniksiyalar və tranzitlə bağlı bütün istiqamətlər üzrə iddialı planlarımız var və bu planların həyata keçirilməsinə tam ardıcıllıqla davam edirik”.
Aktual.ge xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“İqtisadi artımda nəqliyyat və logistikanın rolu çox böyükdür. Orta Dəhliz qlobal ticarət xəritəsinin ayrılmaz hissəsinə çevrilib. Bu isə ölkəmizin strateji rolunu daha da artırır. Bu istiqamətdə iddialı planlarımız var. Tranzit ölkə kimi rolumuzu gücləndirmək məqsədilə bu sahəyə təxminən 7 milyard dollar investisiya yatırılması nəzərdə tutulur”, - hökumət başçısı bildirib.