Kateqoriyalar
Bolnisi bələdiyyəsinin Arxılı (Naxiduri) kəndində qətl hadisəsi baş verib.
Aktual.ge-nin əldə etdiyi məlumata əsasən, yaşlı kişi yaşlı həyat yoldaşını qətlə yetirdikdən sonra 112-yə zəng edərək hadisəni etiraf edib və könüllü şəkildə təslim olub.
Hadisə yerinə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.
Aktual.ge xəbər portalı məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışır.