Bugün
40
Mədəniyyət
A
"Estetik Yapı" şirkəti “Novella II” filminin rəsmi sponsoru oldu - VİDEO

"Aktual Media”nın həyata keçirdiyi “Novella II” bədii-sənədli film layihəsinin rəsmi sponsorluğu ilə bağlı Estetik Yapı şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin imzalanması mərasimi inşaat şirkətinin Rustavi şəhərindəki mərkəzi ofisində keçirilib.

Tədbir çərçivəsində əvvəlcə Estetik Yapı şirkətinin Rustavi şəhərində həyata keçirdiyi iri miqyaslı yaşayış kompleksləri barədə video nümayiş olunub və şirkətin fəaliyyəti haqqında geniş məlumat təqdim edilib.

Müqaviləni “Aktual Media”nın təsisçisi və baş direktoru İlkin Hüseynov ilə Estetik Yapı şirkətinin rəhbəri Maya Katçarava imzalayıblar.

Razılaşmaya əsasən, Estetik Yapı şirkəti “Novella II” bədii-sənədli filminin rəsmi sponsoru olacaq. Şirkətin loqosu və adı layihənin rəsmi təqdimat materiallarında, eləcə də qala gecələrində geniş şəkildə təqdim ediləcək.

Bədii-sənədli filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov bildirib ki, Estetik Yapı şirkətinin "Novella" filminə rəsmi sponsor olması yalnız reklam məqsədi daşımır, həm də gənclərə dəstək xarakteri daşıyır.

İlkin Hüseynov filmin premyerasının payız aylarına planlaşdırıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, “Novella II” bədii-sənədli filmi Gürcüstanda yaşayan gənc azərbaycanlıların uğur hekayələrini təqdim etmək, gənc nəsildə təhsilə və inkişafa motivasiya yaratmaq, həmçinin gürcü cəmiyyətinə uğurlu azərbaycanlıları daha yaxından tanıtmaq məqsədi daşıyır.

ŞƏRH YAZ
0