Gürcüstanda qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ilə bağlı iki nəfər saxlanılıb
Bugün
313
Siyasət
A
Gürcüstanda qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ilə bağlı iki nəfər saxlanılıb

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları qanunsuz sahibkarlıq fəaliyyəti və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə bağlı iki nəfəri saxlayıb.

Aktual.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, şəxslər Quriya bölgəsində Supsa çayından icazəsiz şəkildə inert material çıxararaq müxtəlif sahibkarlara satıblar. Ümumilikdə 32 957 kubmetr materialın qanunsuz hasil edildiyi və dövlətə 494 345 lari ziyan dəydiyi bildirilir.

Bundan başqa, saxlanılanlardan birinin 45 713 lari məbləğində qanunsuz gəliri leqallaşdırdığı da müəyyən olunub.

Faktla bağlı istintaq davam edir və təqsirləndirilən şəxsləri 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

ŞƏRH YAZ
1