Marneulidə merin istefa verəcəyi ilə bağlı son günlər müxtəlif iddialar yayılmağa başlayıb.
Məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunur.
Bundan əlavə, müxalif siyasətçi Əhməd İmamquliyev Marneulidə mer seçkilərinə hazırlaşmaq lazım olduğu barədə paylaşım edərək, bu istiqamətdə fikirlərini bölüşüb və namizəd olacağını qeyd edib.
Yaranmış vəziyyətlə bağlı açıqlama verən Marneuli Bələdiyyə Məclisinin üzvü, “Lelo” partiyasının nümayəndəsi Aqil Mustafayev də mer Duar İsmayılovun istefaya gedəcəyi ilə bağlı iddiaların yayıldığını təsdiqləyib.
Aqil Mustafayev Əhməd İmamquliyevin paylaşımına da münasibət bildirib və onun Marneuli merliyinə namizəd olmaq niyyətini müsbət qarşıladığını ifadə edib.
Məsələ ilə bağlı Aktual.ge-yə geniş açıqlama verən Əhməd İmamquliyevin sözlərinə görə, Marneuli merindən istefa verməsini “Gürcü Arzusu” tələb edir.
Nərgiz Əliyeva da Marneuli merinin istefası ilə bağlı məlumatların yayıldığını bildirib və bu iddiaların daxili mətbəxdən qaynaqlandığını qeyd edib.
İddialara Marneuli meri Daur İsmayılov ilə əlaqə saxlamağa çalışsaq da, o müsahibə verməkdən boyun qaçırıb.
Qeyd edək ki, Daur İsmayılov 2025-ci ilin 29 oktyabr tarixində Marneuli meri kimi fəaliyyətə başlayıb.
Daha ətraflı Natela Əlləzovanın video süjetini təqdim edirik: