Saakaşvili
Bugün
410
Siyasət
A
Saakaşvili "Milli Hərəkat"ın sədrliyinə yeni namizədini açıqladı

"Mənim sədrliyə namizədim Nanuka Jorjolianidir. Nanuka qələbə qazanacağı təqdirdə islahatları partiyanın özəyi ilə, həm veteranlar, həm də yeni üzvlərlə birlikdə həyata keçirəcək".

Aktual.ge xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezident Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

O qeyd edib ki, iyul ayında "Milli Hərəkat"dakı bütün vəzifəli şəxslərin səlahiyyət müddəti başa çatır.

" 'Vahid Milli Hərəkat'dakı dəyişikliklərə gəlincə, bunlar kosmetik deyil, köklü dəyişikliklər olacaq. Partiya yalnız canlandırılmalı deyil, həm də 2003-cü ildə olduğundan daha yaxşı formaya gətirilməlidir.

İyul ayında partiyadakı bütün vəzifəli şəxslərin səlahiyyət müddəti başa çatır. Rejimin müdaxiləsini istisna edən formatda sədr seçkilərinin keçirilməsi zəruridir.

Mənim sədrliyə namizədim Nanuka Jorjolianidir; onun bu çağırışın öhdəsindən gəlmək üçün təcrübəsi, enerjisi və baxışı var. Eyni zamanda, islahatlar arzusu və baxışı olan hər kəsi seçki prosesinə qoşulmağa dəvət edirəm. Seçkilərdə hər kəs iştirak edə biləcək və bu, baxışların yarışı olmalıdır.

Nanuka qələbə qazanacağı təqdirdə islahatları partiyanın özəyi ilə, həm veteranlar, həm də yeni üzvlərlə birlikdə həyata keçirəcək. Bütün bunlarda mənim onlara tam etimadım var.

Digər partiyaların əksəriyyətindən fərqli olaraq, 'Vahid Milli Hərəkat' nə biznes layihəsidir, nə də bir nəfər tərəfindən idarə olunan partiyadır. O, aşağıdan yuxarıya doğru çoxsaylı xalq bazası tərəfindən idarə olunur və bu tərəfdarların mövqeyi bizim üçün həlledicidir.

Bütün bunlar, xüsusilə də mənim, Xabeişvilinin, İrakli Nadiradzenin və digər liderlərin həbsxanada olduğumuz şəraitdə zəruri və təcili məsələdir.

Bizim və Gürcüstanın qələbəsi qaçılmazdır!" , - deyə Mixeil Saakaşvili "Facebook"da yazıb.

ŞƏRH YAZ
1