Marneuli şəhərinin mərkəzi Rustaveli küçəsində hər il olduğu kimi bu il də Məhərrəm ayı ilə əlaqədar olaraq Həzrəti Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseynin (ə) və onun tərəfdarlarının xatirəsinə ehsan paylanılır.
Marneulinin mərkəzində qurulan ehsan stendi xalqın dəstəyi və Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə.s) Məscidinin təşkilatçılığı ilə həyata keçirilir.
Stenddə vətəndaşlara meyvə şirələri və müxtəlif növ şirin çörəklər təqdim olunur.
Marneuli Mərkəzi Həzrəti İmam Əli (ə.s) Məscidinin axundu, imam-cümə Hacı Hacıyev bildirib ki, ehsan stendi hər il Məhərrəm ayının gəlişi ilə əlaqədar qurulur və bu ənənə artıq təxminən 15 ildir davam edir.
Həmçinin Marneuli Mərkəzi Məscidinin axundu İmam Hüseynin (ə) qırx mərasimi başa çatana qədər toy məclislərinin keçirilməməsinə çağırış edib.
Qeyd edək ki, ehsan stendi Məhərrəm ayının 9-cu gününədək fəaliyyət göstərəcək.
Daha ətraflı Natela Əlləzovanln video xəbərini təqdim edirik: