“Mamed GAS” şirkəti Qızılhacılı kəndi və 26 May küçəsində “SOCAR Gas Export-Import” tərəfindən qazın verilişinin dayandırılması səbəbindən təzminat iddiası qaldırır.
Şirkət hər sosial abonent üçün 5 günlük kəsintiyə görə 5 min lari, kommersiya obyektləri üçün isə 15 min lari məbləğ tələb edir.
“Mamed GAS”ın rəhbəri Nəriman Allahveridyev bildirib ki, o, lazımi dövlət qurumlarına məktub ünvanlayıb və deputatlarıda şikayət edəcəyini qeyd edib.
SEMEK-in “Mamed MMC”yə xüsusi idarəçinin təyin olunması məsələsini müzakirə edəcəyi barədə açıqlamasına Nəriman Allahverdiyev sərt reaksiya verib. O, qanunla SEMEK-in belə səlahiyyətinin olmadığını, şirkətin tamamilə ona məxsus olduğunu bildirib.
Qeyd edək ki, iyunun 9-u səhər saatlarından etibarən Marneuli bələdiyyəsinin Qızılhacılı kəndi və 26 May küçəsinin bir hissəsində təbii qazın verilişi dayandırılıb. Ərazini qazla təmin edən “Mamed GAS” şirkətinin rəhbəri Nəriman Allahverdiyevin sözlərinə görə, qaz təchizatı SOCAR tərəfindən dayandırılıb. O, bunun tarif artımına razılaşmamaqla bağlı olduğunu bildirib. SOCAR Export-İmport şirkəti isə bəyan edib ki, "Mamed’ GAS" üçün sosial təyinatlı qaz təchizatı ciddi şəkildə səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş tarifə uyğun olaraq həyata keçirilir. Şirkətimizin sosial sektorda tarif müəyyən etmək səlahiyyəti yoxdur və bu, tamamilə müvafiq orqanın səlahiyyətindədir.
Mübahisədən sonra prosesə SEMEK qoşulub və SOCAR-a müraciət edərək Qızılhacılıya qazın bərpasını istəyib və SOCAR 12 iyun saat 12:00-dan etibarən əhaliyə qazın verilişini bərpa edib.