Kateqoriyalar
ABŞ və İran arasında münaqişənin nizamlanmasına dair razılaşma İsrail, Livan və Fars körfəzi dövlətlərinə də şamil ediləcək.
Aktual.ge xəbər verir ki, bu barədə ABŞ Vitse-prezidenti Cey Di Vens amerikalı jurnalist Megin Kelliyə müsahibəsində bildirib.
"Söhbət regional sülh sazişindən gedir. O, [Fars] körfəzə, İsrailə və Livana da aid olacaq. Mahiyyət ondan ibarətdir ki, bu, tammiqyaslı regional sülh razılaşmasıdır", - o qeyd edib.
İyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi rolunu oynayan Pakistanın nümayəndələri rəsmən təsdiqləyiblər ki, tərəflər Vaşinqton və Tehran arasında hərbi əməliyyatların 60 günlük dayandırılması barədə razılığa gəliblər. Sənədin iyunun 19-da Cenevrədə imzalanması planlaşdırılır.