İyunun 2-də  Kür çayına düşən avtomobilin sürücüsünün meyiti tapılıb
Bugün
258
Siyasət
A
İyunun 2-də Kür çayına düşən avtomobilin sürücüsünün meyiti tapılıb

Kür çayına düşən avtomobilin sürücüsünün meyiti tapılıb.

İyunun 2-də baş verən yol-nəqliyyat hadisəsi zamanı Kür çayına düşən avtomobilin sürücüsünün meyiti aşkarlanıb.

Aktual.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə işləri Tbilisi və Rustavi ərazisində, Kür çayının sahillərində 24 saat fasiləsiz davam etdirilib.

Fövqəladə Halların İdarə Olunması Xidmətinin əməkdaşları 14 gün davam edən axtarış əməliyyatı nəticəsində avtomobilin sürücüsünün meyitini tapıblar.

Axtarışlarda hər gün 100-dən çox xilasedici, dalğıc qrupları, xüsusi texnika və avadanlıqlar iştirak edib.

Meyitin sudan çıxarıldığı, hadisə ilə bağlı müvafiq hüquqi prosedurların davam etdiyi bildirilib.

ŞƏRH YAZ
1