Bugün
140
Siyasət
A
"Milli Hərəkat" cəbhəsində gərginlik böyüyür | Partiya sədri Saakaşvilinin sözlərinə belə reaksiya verdi

"Açığını desəm, Mixeil Saakaşvilinin paylaşımı gözlənilməz oldu – bu mənim üçün son dərəcə üzücüdür və hesab edirəm ki, məhz belə impulsiv və ardıcıl olmayan qərarlar bizi bu vəziyyətə gətirib çıxarıb".

Aktual.ge xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokucava keçirdiyi brifinqdə bildirib.

“Xatırlayırsınız, 6 gün əvvəl prezident Saakaşvili sosial şəbəkədə yazmışdı ki, partiyanın sədri kimi mənə və 'Vahid Milli Hərəkat'ın gücləndirilməsi üçün onun zəruri hesab etdiyi dəyişikliklərin həyata keçirilməsinə dəstək verir. Hətta mən dünənki efirdə bu yenilənmiş etimad mandatına görə ona təşəkkür etdim. Mənim partiya qurultayı tərəfindən 2024-cü il iyulun 8-də seçildiyim 2 illik müddətim təxminən bir aya başa çatır. Buna görə də ona yenilənmiş etimad mandatına görə təşəkkür etdim ki, biz ümumi səylər və düzgün yanaşma, baxışla 'Vahid Milli Hərəkat'da partiyanın gücləndirilməsi məqsədilə islahatlar həyata keçirək.

Düzünü desəm, brifinqdən bir neçə dəqiqə əvvəl yolda oxuduğum həmin paylaşım gözlənilməz oldu. Bu mənim üçün son dərəcə üzücüdür və hesab edirəm ki, məhz belə impulsiv və ardıcıl olmayan qərarlar bizi bu vəziyyətə gətirib çıxarıb”, - deyə Tina Bokucava qeyd edib.

Müxalif liderin sözlərinə görə, “siyasi məhbusların” azad edilməsi və ölkənin qələbəsi uğrunda mübarizə davam etdiriləcək.

“Əlbəttə, bu o demək deyil ki, biz bir dəqiqə belə dayanacağıq, Elenenin [Xoştarianın] sağlamlığı və həyatı, onun azad edilməsi, prezident Saakaşvilinin azadlığı, bütün siyasi məhbusların həbsdən buraxılması və bu ölkənin qələbəsi uğrunda mübarizə aparmayacağıq. Mən buna heç vaxt olmadığı qədər dərindən əminəm”, - deyə o, əlavə edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb ki, “Milli Hərəkat”ın sədri vəzifəsinə onun namizədi Nanuka Jorjoliani olacaq. Saakaşvili qeyd edib ki, iyul ayında “Milli Hərəkat”dakı bütün vəzifəli şəxslərin səlahiyyət müddəti başa çatır və sədr seçkisi “rejim tərəfindən müdaxiləni istisna edən” formatda keçirilməlidir.

 

ŞƏRH YAZ
1