Sürət həddinin aşılmasına görə cərimələr dəyişdirilir
Bugün
139
Siyasət
A
Sürət həddinin aşılmasına görə cərimələr dəyişdirilir

Gürcüstan parlament çoxluğunun lideri İrakli Kirtsxalia bildirib ki, İnzibati Xətalar Məcəlləsinə sürət həddinin aşılmasına görə tətbiq olunan cərimələrlə bağlı dəyişikliklər hazırlanır.

Aktual.ge xəbər verir ki, təklif edilən dəyişikliklərə əsasən cərimə sistemi daha diferensial və proporsional olacaq.

Hazırda 15 km/saatdan çox sürət aşımı 100 lari, 40 km/saatdan çox aşım isə 300 lari cərimə ilə nəticələnir.

Yeni layihəyə görə:
— 15–30 km/saat həddinin aşılması 50 lari olacaq;
— 30–40 km/saat arası 100 lari dəyişməz qalacaq;
— 40–50 km/saat arası 100 lari nəzərdə tutulur;
— 50 km/saatdan çox aşım isə 300 lari olaraq saxlanılır.

Kirtsxalia bildirib ki, məqsəd yol hərəkəti pozuntusunun ağırlığı ilə cəzanın daha düzgün balanslaşdırılmasıdır.

Onun sözlərinə görə, yüksək riskli pozuntulara qarşı sərt cəzalar qüvvədə qalacaq və qanunvericilikdə islahatlar davam etdiriləcək.

ŞƏRH YAZ
2