16.11.2026 13:55
84
Mədəniyyət
A
"Aktual Media Məktəb"də 7-8-ci təlimlər keçirilib - FOTOLAR

QHT "Aktual Media"nın tərkibində fəaliyyət göstərən "Aktual Media Məktəb IV" media savadlığı kurslarının 7-8-ci təlim mərhələsi keçirilib.

Aktual.ge xəbər verir ki, tədris proqramı çərçivəsində kursun 30 iştirakçısı bu həftə də jurnalistika sahəsində bilik və bacarıqlarını inkişaf etdirməyə davam etdiriblər.

Təlimlər zamanı xəbər yazımının əsas prinsipləri, xəbərin düzgün və operativ hazırlanması, başlıqların seçilməsi, informasiyanın təqdim olunması və jurnalistikanın nəzəri əsasları diqqət mərkəzində oldu. İştirakçılar həmçinin xəbərlərin səsləndirilməsi, kamera qarşısında çıxış və müxtəlif praktiki tapşırıqlar vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.

Nəzəri biliklərlə praktiki çalışmaların birləşdirildiyi təlimlər iştirakçıların jurnalistika sahəsinə dair anlayışlarının genişlənməsinə və peşəkar bacarıqlarının formalaşmasına töhfə verir.

Qeyd edək ki, “Aktual Media”nın “Aktual Media Məktəb” adı altında təşkil etdiyi media savadlığı kursları ümumilikdə 24 təlimdən ibarətdir. Onlardan 18-i nəzəri, 6-sı isə praktiki məşğələlərdir. Kursların nəzəri hissəsi üzrə təlimçisi Ruslan Həsənov, praktiki hissəsi üzrə isə Ramilia Əliyevadır.

Kurslar üç ay davam edəcək kurs çərçivəsində iştirakçılar xəbərlərin yazılması, məqalə yazı üslubları, reportajların hazırlanması, müsahibəalma texnikası və praktikası, onlayn media və sosial şəbəkələrlə iş, süni intellektin jurnalistikada tətbiqi, xəbərlərin obyektivliyi və jurnalistikanın etik qaydaları barədə biliklər əldə edəcəklər. Bununla yanaşı, gənclərin səlis danışıq, fikirlərini aydın və qüsursuz ifadə etmək bacarıqlarının inkişafına və digər aktual mövzulara da diqqət yetiriləcək.

ŞƏRH YAZ
3