“Maqro Group”un iri investorlarla görüşü
Bugün
161
Siyasət
A
“Maqro Group”un iri investorlarla görüşü

Beynəlxalq investisiya şirkəti “Maqro Group” “Swissôtel Tbilisi” otelində Gürcüstan Türk İş Adamları Dərnəyinin (GÜRTİAD) üzvləri üçün eksklüziv, qapalı görüş keçirib. Görüşdə biznes sektorunun nümayəndələrinə daşınmaz əmlak sahəsindəki qlobal və regional tendensiyalar, Gürcüstanın investisiya üstünlükləri və şirkətin gələcək strateji baxışları təqdim olunub.

Görüşdə Türkiyə Respublikasının Gürcüstandakı Səfirliyinin ticarət müşaviri, dərnəyə üzv olan ən iri şirkətlərin rəhbərləri və investorlar iştirak ediblər. Təqdimatda qeyd olunduğu kimi, Gürcüstan regionun ən sürətlə böyüyən və cəlbedici bazarlarından biri olaraq qalır. Gürcüstan Milli Statistika İdarəsinin (Geostat) məlumatına görə, 2025-ci ildə Gürcüstan iqtisadiyyatı 7,5 faiz böyüyüb, birbaşa xarici investisiyaların həcmi isə 1,9 milyard ABŞ dollarına çatıb. Diqqətəlayiq haldır ki, 2025-ci ilin göstəricilərinə əsasən, investisiya həcminə görə daşınmaz əmlak sektoru ikinci yerdə qərarlaşıb, Türkiyə isə ölkənin üçüncü ən böyük investoru olub.

Satış və marketinq direktoru Oğuz Kaan Karaer bildirib: “Bu gün investorlar sürətli iqtisadi artım, liberal vergi siyasəti və etibarlı biznes mühitinin olduğu bazarlar axtarırlar. Gürcüstan məhz bu üstünlükləri özündə birləşdirir. “Maqro”nun məqsədi bütün tərəfdaşlar və müştərilər üçün sabit dəyər yaradacaq yaxşı düşünülmüş, uzunmüddətli layihələrlə bazarın inkişafına öz töhfəsini verməkdir”.

Təqdimat çərçivəsində məruzəçilər Gürcüstan və Türkiyənin daşınmaz əmlak bazarlarını ətraflı nəzərdən keçirərək müqayisə ediblər. Qeyd olunub ki, Tbilisi investisiyanın sürətli geri dönüşü, daşınmaz əmlakın artan dəyəri və icarədən əldə edilən sabit gəlirlə fərqlənir. Bu kontekstdə qonaqlara şirkətin seçilən layihələri, o cümlədən paytaxtın ən perspektivli rayonlarından birində mükəmməl yaşayış mühiti yaradan “Maqro City Tbilisi” layihəsi təqdim edilib.

İnvestisiya gəlirliliyi və əlaqədar xərclərin strukturu barədə danışan satış və marketinq koordinatoru Alper Salih Uğur deyib: “Maliyyə hesablamaları zamanı təkcə əmlakın ilkin qiyməti deyil, həm də ona sahib olma və sərəncam vermə xərcləri həlledici rol oynayır. Minimal əməliyyat xərcləri və çevik ödəniş qrafiki investora pul axınlarını effektiv şəkildə idarə etməyə və yüksək xalis mənfəət əldə etməyə imkan verir. Məqsədimiz istər investor, istərsə də gələcək sakin olsun, hər bir alıcının elə ilk ildən öz qərarının düzgünlüyünə əmin olmasıdır”.

Tədbirin sonunda “Maqro Group” nümayəndələri şirkətin gələcək inkişaf strategiyasından danışıblar. Şirkət fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyi və irimiqyaslı tikinti-inkişaf (development) layihələrinə başlamağı planlaşdırır ki, bu da Gürcüstanın daşınmaz əmlak bazarında keyfiyyətcə yeni standart müəyyən edəcək və ölkəyə xarici kapitalın cəlb olunmasını daha da təşviq edəcək.

ŞƏRH YAZ
1