GASU Tbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirib - FOTO
Bugün
113
Mədəniyyət
A
GASU Tbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirib - FOTO

Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) və “Yeni Nəslin Liderləri”nin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Mirzə Şəfi Vazehin xatırəsinə həsr olunmuş tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbir çərçivəsində ilk olaraq şairin məzarı ziyarət edildi, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra Tbilisi Botanika bağında keçirilən ədəbi-bədii görüşdə Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı, Tbilisi dövrü, müəllimlik fəaliyyəti, yaratdığı "Divani-Hikmət" ədəbi-fəlsəfi məclisi və yaradıcılığının Avropada tanınması haqqında məlumatlar təqdim olunub.

Qeyd edək ki, şair 16 noyabr 1852-ci ildə vəfat edib.

 

 

 

ŞƏRH YAZ
0