Kobaxidze İrakli Qaribaşvili haqda suallara belə reaksiya verdi
16.11.2026 16:00
211
Siyasət
A
Kobaxidze İrakli Qaribaşvili haqda suallara belə reaksiya verdi

“Çoxsaylı qeyri-ciddi bəyanatlar səsləndirilib. Detallara gəlincə, onları müvafiq qurumlar müəyyən edəcəklər”.

Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, korrupsiya cinayətinə görə məhkum edilmiş keçmiş Baş nazir İrakli Qaribaşvili tərəfindən səsləndirilən bəyanatlarla bağlı bu gün həbsxanada onun yanına prokurorun gedəcəyi barədə yayılan məlumata münasibət bildirərkən deyib:

“Çoxsaylı qeyri-ciddi bəyanatlar səsləndirilib. Bu, çox üzücü və təəssüf doğurucudur. Qalan məsələləri müvafiq qurumlar araşdıracaqlar".

Jurnalistin Bidzina İvanişvilinin dindirilməsinin zəruri olub-olmadığı ilə bağlı sualına İrakli Kobaxidze belə cavab verib:

“Məncə, bu, aktual sual deyil”.

Məlumat üçün bildirək ki, korrupsiya cinayətinə görə məhkum edilmiş keçmiş Baş nazir İrakli Qaribaşvili bu gün ictimaiyyət qarşısında səsləndirdiyi bəyanatlarla əlaqədar söhbət aparılması məqsədilə həbsxanada prokurorla görüşəcək.

Prokuror və vəkillər keçmiş Baş nazirlə görüşmək üçün saat 14:00-da Rustavi şəhərindəki 12 saylı penitensiar müəssisəyə daxil olacaqlar.

Qaribaşvilinin vəkili Soso Barataşvilinin IPN-a verdiyi məlumata görə, istintaq başladılacağı təqdirdə Qaribaşvili istintaqla əməkdaşlıq edəcək.

ŞƏRH YAZ
2