İrakli Kobaxidze:
16.11.2026 12:16
99
Siyasət
A
İrakli Kobaxidze: "Ölkəmizi xarici təhdidlərdən qorumaq üçün cəsarətli və qətiyyətli addımlar atmalı olduq"

“Ölkəmizi xarici təhdidlərdən qorumaq üçün cəsarətli və qətiyyətli addımlar atmalı olduq. Bu istiqamətdə atılan prinsipial addımlardan biri də ‘Şəffaflıq haqqında’ qanunun qəbul edilməsi idi. Biz buna nail olduq və ölkəni xaricdən maliyyələşdirilən sabitliyi pozmaq cəhdlərindən xilas etdik”.

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze Biznes Assosiasiyasının konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, siyasi sabitliyin təmin edilməsi hakim komanda üçün asan olmayıb.

“Biznes və iqtisadiyyat üçün siyasi sabitliyin qorunması həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə ciddi irəliləyiş əldə etdiyimizə görə şadam. Son dövr ərzində siyasi sabitliyi təmin etməyə nail olduq ki, bu da asan deyildi. Bildiyiniz kimi, ölkəmizi xarici təhdidlərdən, suverenliyimizi və müstəqilliyimizi qorumaq üçün cəsarətli və qətiyyətli addımlar atmalı olduq. Bu istiqamətdə atılan prinsipial addımlardan biri də ‘Şəffaflıq haqqında’ qanunun qəbul edilməsi idi.

Bununla yanaşı, digər addımlar da atıldı. Nəticə etibarilə, ölkəni xaricdən maliyyələşdirilən sabitliyi pozmaq cəhdlərindən qoruya bildik.

Bir sıra digər addımlar da atıldı. Lakin sonda, cəmiyyətin və sizin dəstəyiniz sayəsində cəsarətli addımlar atmağa və ölkədə sabitliyə nail olmağa müvəffəq olduq. Bu isə iqtisadiyyatın və biznesin sabit, ardıcıl inkişafı baxımından son dərəcə vacibdir. Bizneslə əməkdaşlıq bizim üçün ən mühüm prioritetlərdən biridir”, – deyə İrakli Kobaxidze qeyd edib.

ŞƏRH YAZ
6