“Ümid edirəm ki, hamını azad edəcəklər, şikayət etmək fikrim yoxdur”.
Aktual.ge xəbər verir ki, bunu UFC-nin gürcüstanlı döyüşçüsü Merab Dvalişvili sosial şəbəkə hesabında yazıb.
“Hamınıza bildirmək istəyirəm ki, məni azad ediblər. Yaxşıyam, sağlamam və döyüşə hazıram. Əbu-Dabidə bu məsələnin həllində mənə kömək edən hər kəsə təşəkkür etmək istəyirəm. Əbu-Dabiyə səfər etməyi sevirəm və burada məni mehriban qarşıladıqlarına görə şadam. Ümid edirəm ki, hamını azad edəcəklər - mən şikayət etmək fikrində deyiləm. Hamı üçün sülh və ən yaxşısını arzulayıram. Sevginizə və dəstəyinizə görə hər birinizə təşəkkür edirəm”, - deyə o, yazıb.
Məlumat üçün bildirək ki, noyabrın 11-də Əbu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili və güləşçi Saba Lazişvili fiziki qarşıdurmanın iştirakçılarına çevriliblər. Hadisə hotelin foyesində, dağıstanlı döyüşçü Usman Nurməhəmmədovun özünü müşayiət edən şəxslərlə birlikdə Merab Dvalişviliyə hücum etməsi zamanı baş verib. Hoteldəki davada Saba Lazishvili də iştirak edib.
Hadisə ilə bağlı hüquqi prosedurlara başlanılıb. Polis qarşıdurmanın bütün iştirakçılarını polis şöbəsinə aparıb.
Merab Dvalişviliyə hücum faktı ilə əlaqədar Usman Nurməhəmmədova və onun qrupunun üzvlərinə 6 ay müddətinə həbs cəzası, cərimə və deportasiya qərarı verilib. Merab Dvalişvili və Saba Lazişvili isə insidentin videosunu yaydıqlarına görə cərimələniblər.