Qızılhacılı kəndində “Ali Babanın Çiftliyi” mağazası fəaliyyətə başlayıb - VİDEO
Bugün
25
Maraqlı
A
Qızılhacılı kəndində “Ali Babanın Çiftliyi” mağazası fəaliyyətə başlayıb - VİDEO

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində, körpünün eniş hissəsində “Ali Babanın Çiftliyi” adlı yeni mağaza fəaliyyətə başlayıb.

Mağazada alıcılara müxtəlif çeşiddə təzə və tropik meyvələr, quru meyvələr, eləcə də müxtəlif növ çərəzlər təqdim olunur. Bununla yanaşı, satışda təzə süd və ət məhsulları, həmçinin qış mövsümünə hazırlıq üçün nəzərdə tutulan müxtəlif ərzaq və tədarük məhsulları da mövcuddur.

Mağazanın əsas üstünlüklərindən biri məhsulların təzəliyinə və təbiiliyinə xüsusi diqqət yetirilməsidir. Alıcılar burada gündəlik tələbatları üçün müxtəlif ərzaq məhsullarını bir məkandan əldə edə bilərlər.

Yeni mağazanın fəaliyyətə başlaması Qızılhacılı kəndinin sakinləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan insanlar üçün də əlavə alış-veriş imkanı yaradıb.

ŞƏRH YAZ
0