Marneuli bələdiyyəsinin Sabirkənd kəndində məscidin həyətində betonlaşdırma işlərinin dayandırılmasının səbəblərini aydınlaşdırmaq məqsədilə İmam Kazım adına məscidin axundu Ceyhun Nəbiyevlə əlaqə saxladıq.
O, məsələ ilə bağlı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi ilə əlaqə saxlamağımızı gərəkdiyini söylədi və işlərin davam etdirilməsi ilə bağlı cavab gözlədiyini bildirib.
Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyevlə əlaqə saxlamağa çalışsaq da, o, ənənəsinə sadiq qalaraq telefon zənglərimizə cavab verməyib.
Beləliklə, bir sıra suallar açıq qalır: İşlərin dayandırılmasının səbəbi nədir? Bu qərar hansı əsaslarla qəbul edilib və betonlaşdırma işlərinin nə vaxt bərpa olunması nəzərdə tutulur?
Bu suallarla bağlı Marneuli meriyasına da müraciət etdik, lakin cavab ala bilmədik. Marneuli meri Daru İsmayılova ilə telefon əlaqəsi yaratmaq cəhdlərimiz də nəticəsiz qaldı. O, zənglərimizə cavab verməyib.
Qeyd edək ki, sentyabrın 27-də axşam saatlarında Marneuli bələdiyyəsinin Sabirkənd kəndində məscidin qarşısında aparılan beton işləri Marneuli Meriyasının Nəzarət Xidməti tərəfindən dayandırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub. Sentyabrın 28-də məsələ ilə bağlı Faiq Nəbiyev və Daur İsmayılovdan açıqlama almağa çalışsaq da, mümkün olmayıb.
Daha ətraflı Salo Salahlının video süjetini təqdik edirik: