2015–2025-ci illər üzrə əhalinin sayını yenidən hesablanıb
Bugün
56
Siyasət
A
2015–2025-ci illər üzrə əhalinin sayını yenidən hesablanıb

Gürcüstanın Milli Statistika Xidməti 2015–2025-ci illər üzrə ölkə əhalisinin sayını yenidən hesablayıb.

Aktual.ge xəbər verir ki, yenidən hesablamanın nəticələrinə görə, 2025-ci il yanvarın 1-nə Gürcüstan əhalisinin sayı əvvəlki göstəricidən 225 min 900 nəfər çox müəyyən edilib.

Beləliklə, əhalinin sayı 3,7 milyon deyil, 3,9 milyon nəfər təşkil edib.

Statistika Xidmətinin məlumatına görə, 2015–2025-ci illərdə ölkə əhalisi 5,6 faiz, yəni 208 min 500 nəfər artaraq 3 milyon 721 min 900 nəfərdən 3 milyon 930 min 400 nəfərə çatıb.

Yenidən hesablamaya 2024-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələri səbəb olub.

ŞƏRH YAZ
0