Siyasi böhran: Hökumət qurulmadı, amma fəaliyyətə başladılar
10.11.2026 23:50
39
Dünya
A
Siyasi böhran: Hökumət qurulmadı, amma fəaliyyətə başladılar

İsraildə Binyamin Netanyahunun məğlubiyyətlə ayrıldığı oktyabrın 27-də keçirilən seçkilərdən sonra hökumət formalaşdırılmadan parlament üzvləri and içərək vəzifələrinin icrasına başlayıblar.

Aktual.ge xəbər verir ki, ölkə Prezidenti İsaak Hersoq növbədənkənar seçkilərin qarşısını almaq üçün tərəfləri kompromisə çağırıb və hökuməti qurmaq tapşırığı verdiyi Qadi Ayzenkot isə hələ də koalisiya formalaşdıra bilməyib.

Deputatların andiçmə mərasiminə İsrail Prezidenti İsaak Hersoq rəhbərlik edib. O, deputatlara müraciətində deyib:

“Yenidən seçkilərin keçirilməsinin qarşısını almaq üçün əlinizdən gələni etməlisiniz. Hətta siyasi rəqiblərinizə də uzlaşma naminə əl uzadın. Bir-birinizə qarşı dözümlü olun. Burada görüləsi çox iş var və bunun üçün parlamentin bütün təbəqələrində təmsil olunan insanların bacarıq və təcrübəsinə ehtiyac duyulur”.

Qeyd edək ki, İsaak Hersoq noyabrın 8-də deputatların əksəriyyətinin dəstəyini qazanan Yaşar Partiyasının lideri Qadi Ayzenkota hökuməti formalaşdırmaq tapşırığı vermişdi. Lakin o, hələ də onu hakimiyyətə gətirə biləcək partiyalarla razılığa gələ bilməyib.

Ayzenkot və Netanyahu koalisiya hökuməti qurmağı bacarmasalar, ölkədə yenidən parlament seçkilərinin keçirilməsi gündəmə gələ bilər.

Yeni hökumət formalaşdırılanadək Binyamin Netanyahu müvəqqəti Baş nazir vəzifəsini icra etməyə davam edəcək.

ŞƏRH YAZ
0