Tbilisidə azərbaycanlı tələbələrdən Zəfər Gününə həsr olunmuş konfrans - VİDEO
Bugün
59
Siyasət
A
Tbilisidə azərbaycanlı tələbələrdən Zəfər Gününə həsr olunmuş konfrans - VİDEO

Paytaxt Tbilisidə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin (GASU) təşkilatçılığı ilə “Cənubi Qafqazda Sülh və Əməkdaşlıq” adlı konfrans keçirilib.

Konfransın məqsədi 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini vurğulamaq, 44 günlük Vətən müharibəsindən sonra regionda baş verən siyasi və geosiyasi dəyişiklikləri, sülh və təhlükəsizlik perspektivlərini, eləcə də regional əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Tədbiri giriş sözü ilə GASU-nun sədri Aytəkin Allahverdiyeva açıb. Daha sonra İnkişaf və Təhsil Mərkəzinin direktoru Emin Əhmədov çıxış və günün əhəmiyyətindən danışıb. Konfransın moderatoru isə Yeni Liderlər Təşəbbüs Qrupunun rəhbəri Emil Allahverdiyev olub.

Konfransda Zəfər Gününün tarixi əhəmiyyəti, Qarabağ münaqişəsindən sonrakı sülh perspektivləri, Gürcüstan–Azərbaycan strateji tərəfdaşlığı, regional nəqliyyat və enerji layihələri, eləcə də Z nəslinin münaqişə yaddaşı və sülh gözləntiləri müzakirə olunub.

Tədbir çərçivəsində iştirakçılar aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb, gənclərin regional proseslərdə iştirakı və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

 

ŞƏRH YAZ
1