Kateqoriyalar
Kutaisidə avtomobil piyadanı vurub öldürüb.
Aktual.ge xəbər verir ki, avtomobilin vurduğu kişi hadisə yerindəcə həyatını itirib.
Hadisə dünən günün ikinci yarısında baş verib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başladılıb. Həmin maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulmasını nəzərdə tutur.