Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO
07.11.2026 22:59
184
Mədəniyyət
A
Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTO

Bu gün Marneulidə yerləşən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan qürur” adlı təntənəli tədbir keçirilib.

Aktual.ge xəbər verir ki, tədbir Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə baş tutub.

Tədbirdə "SOCAR Energy Georgia" şirkətinin nümayəndəsi Cavanşir Muxtarov, TİKA-nın Gürcüstan nümayəndəliyinin direktor müavini Enes Doğan, Türkiyə Maarif Məktəblərinin nümayəndəsi Ali Yetgin, Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Etibar Eminov, Marneuli Bələdiyyə Məclisinin struktur bölmələrinin rəhbərləri və üzvləri, Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, sabiq deputatlar, ziyalılar, müəllimlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ilk çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqın milli birliyinin, iradəsinin və vətənpərvərlik ruhunun təntənəsi olduğunu bildirib.

Daha sonra BGMİ-nin Şərqi-Gürcüstan müftisi Etibar Eminov çıxış edərək Zəfər Gününün mənəvi və tarixi əhəmiyyətinə toxunub.

Gürcüstanın Birinci Kanalının nümayəndəsi Ramilə Əliyeva çıxışında Zəfər Gününün həm Azərbaycanda, həm də Gürcüstanda yaşayan azərbaycanlılar üçün xüsusi mənəvi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, şəhidlərə rəhmət diləyib, qazilərə ehtiramlarını bildiriblər. Onlar, həmçinin günün tarixi əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində GAİM-in rəsm kursunun şagirdlərinin 44 günlük Vətən müharibəsinə və tarixi Zəfərə həsr olunmuş əl işlərindən ibarət sərgi də nümayiş etdirilib. Proqram GAİM-in nəzdində fəaliyyət göstərən “SARVAN” folklor ansamblının Gürcüstan və Azərbaycan milli rəqsləri və milli musiqilər, eləcə də aşıq Nargilə Mehdiyeva və şagirdlərinin saz ifaları ilə davam edib.

Tədbirin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin zəngin təamları təqdim olunub.

ŞƏRH YAZ
1