Varşavadan Brüsselə uçan Polşanın LOT aviaşirkətinin təyyarəsi partlayış təhlükəsi barədə məlumat aldıqdan sonra Belçika hava limanında təhlükəsiz şəkildə eniş edib.
Aktual.ge xəbər verir ki, bu barədə VRT Brüssel hava limanının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Vəziyyət qısa müddətdə nəzarətə götürülsə də, polis bu həftə baş verən oxşar hadisələrlə əlaqəni araşdırılır.
Buxarestdə (Rumıniya) eniş etmiş "Wizz Air" aviaşirkətinə məxsus təyyarənin ekipajı hava limanını bomba partlayışı təhlükəsi barədə məlumatlandırıb.
Bundan əlavə, BHT telekanalının məlumatına görə, potensial təhlükə barədə siqnallar səbəbindən üç təyyarə Bolqarıstanda təcili eniş edib. Onlardan ikisi paytaxtdakı Vasil Levski adına hava limanında, biri isə Plovdiv hava limanında eniş edib.
Həmçinin, Finlandiyanın "Finnair" aviaşirkətinin ikinci təyyarəsi minalanma təhlükəsi barədə siqnal alıb, o, Vyana hava limanında uğurla eniş edib. Söhbət "Finnair"in sifarişi ilə Danimarkanın "Jettime" çarter şirkəti tərəfindən həyata keçirilən reysdən gedir.
Xarici medianın məlumatına görə, partlayış təhlükəsi barədə 12 məlumat qeydə alınıb.