Müctəba Xamenei orduya mühüm göstəriş verdi
31.10.2026 17:02
391
Dünya
A
Müctəba Xamenei orduya mühüm göstəriş verdi

"Düşmən tərəfindən gələn hər hansı bir təhlükəyə İran Silahlı Qüvvələri tərəfindən heç bir coğrafi məhdudiyyət qoyulmadan dərhal və təsirli şəkildə cavab verilməlidir".

Aktual.ge xəbər verir ki, bu barədə İranın Ali lideri Müctəba Xamenei silahlı qüvvələrin ali komandanlığı ilə keçirdiyi görüşdə müvafiq göstəriş verib.

"İnqilabın Ali dini lideri qərara alıb ki, təhlükənin hər bir səviyyəsi və növü coğrafi hüdudlar nəzərə alınmadan dərhal, həmçinin effektiv şəkildə dəf edilməlidir", - deyə İran rəhbərinin dəftərxanasının yaydığı bəyanatda qeyd olunub.

Məlumata əsasən, Müctəba Xamenei rəqiblərlə qətiyyətli qarşıdurma üçün döyüş hazırlığını "maksimum çəkindirmə"nin ilkin şərti kimi səciyyələndirib.

Öz növbəsində, hərbi komandirlər ölkənin Silahlı Qüvvələrinin Fars körfəzi sahillərində, Hörmüz boğazı, Oman körfəzi və sərhəd bölgələrində hazır olduqları barədə məruzə ediblər. Həmçinin sursatların, kəşfiyyat, dəstək və döyüş tətbiqi vasitələrinin istehsalının dəfələrlə artdığı bildirilib.

Ali lider bəyan edib ki, əgər rəqib yenidən hərbi və ya terror hücumlarına əl atarsa, müharibənin bitmə vaxtını və şərtlərini yalnız İran ordusu və xalqı müəyyən edəcək.

"Əgər düşmənlər bir daha hərbi və ya terror hücumlarına başlasalar, onların başa çatması vaxtını və şərtlərini məhz İslam Respublikasının Silahlı Qüvvələri, eləcə də İran xalqı təyin edəcək", - deyə açıqlamada qeyd olunur.

Ayətullah Xamenei eyni zamanda hədəflər bankının yenilənməsi barədə də göstəriş verib. Bu yenilənmə ABŞ və İsrailin maddi, eləcə də qeyri-maddi aktivlərinin İran Silahlı Qüvvələrinin zərbə radiusunda olmasını təmin etməlidir.

ŞƏRH YAZ
4