Kateqoriyalar
Qurcaani bələdiyyəsinin Kaçreti kəndində restoranlardan birinin sahibi, iş adamı ölü tapılıb.
Aktual.ge xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, təxminən 60 yaşlı kişidə odlu silah yarası olub.
Yerli sakinlər "Mtavari Ambebi Kaxetidan“ nəşrinə bildiriblər ki, mərhum özünə məxsus mikroavtobusda tapılıb.
Hadisə yerinə polis cəlb olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladılıb. Həmin maddə intihara çatdırmanı nəzərdə tutur.