Kateqoriyalar
Külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, şübhəli şəxs vətəndaşlardan birini aldadaraq ondan qızıl-zinət əşyalarını alıb. O, həmin əşyaları satdıqdan sonra bir ay ərzində pul vəsaitini ödəyəcəyinə söz verib.
Lakin qızıl-zinət əşyalarını satdıqdan sonra zərərçəkmiş şəxslə əlaqəni kəsərək əldə etdiyi 102 300 larini mənimsəyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi məhkəmənin qərarı əsasında saxlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.