Tramp ABŞ-ın İrana yeni zərbələr endirməsini istisna etməyib
Bugün
36
Dünya
A
Tramp ABŞ-ın İrana yeni zərbələr endirməsini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İran ərazisindəki daha bir neçə obyekt, həmçinin yeraltı nüvə kompleksi ilə bağlı məsələni həll etməli olduğunu bildirib.

Aktual.ge AFP-yə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Floridadakı iqamətgahında jurnalistlərə bildirib.

"Biz onların silahlarının, demək olar, hamısını məhv etmişik. Biz bir çox istehsal güclərini sıradan çıxarmışıq. Biz onların nüvə potensialını məhv etmişik. Qarşıda hələ bir və ya iki obyektlə məşğul olmalıyıq, lakin biz bunu 10 dəqiqə ərzində edə bilərik", - Tramp söyləyib.

Onun sözlərinə görə, yeni zərbələr üçün mümkün obyektlərdən biri ABŞ-də "Pickaxe Mountain" kimi tanınan dağın altında olduğu ehtimal edilən yeraltı nüvə kompleksi ola bilər.

"Yəqin ki, biz 'Pickaxe Mountain'ə diqqət yetirməli və bu məsələni həll etməliyik. Biz bunu çox tez edə bilərik", - o əlavə edib.

ŞƏRH YAZ
0